Bakıya gələn avtobusların hərəkət qrafiki dəyişib - MİNGƏÇEVİRDƏ

 

Mingəçevirdən paytaxta, eləcə də məmləkətin başqa istiqamətlərinə səfər edən şəxslərin sayı artıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, bununla əlaqədar uzaq məsafəli sərnişindaşıma xidmətində istifadə olunan iritutumlu avtobusların sayı artırılıb, köhnə avtobuslar xətdən çıxarılaraq rahat sərnişin avtobusları ilə əvəzlənib. Bundan əlavə belə nəqliyyat vasitələrinin sayı da artırılıb. Hərəkət qrafikində də əsaslı dəyişiklik edilib. Sərnişinlərin yeniliklərdən məmnundur:

Yeni qrafikə əsasən, səhər saat 6-da paytaxta birinci avtobus yola düşür. Gecə saat 1-dək paytaxta və əks istiqamətə sərnişindaşıma davam edir.

Müəllif | Apa.Tv
Apa.tv