Bakıya kommunal təyinatlı avtonəqliyyat vasitələrinin növbəti partiyası gətirilib

Paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə ölkə ərazisinə Almaniya istehsalı olan kommunal təyinatlı bax bu cür avtomobillər gətirilib. Avtonəqliyyat vasitələri, həm də digər texnikalar müasir tələblərə tam cavab verir.

 

Prezident İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqların icrası davam edir.

 

APA TV xəbər verir ki, bu il alınması nəzərdə tutulan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin 16-ı noyabr ayında Bakıya gətirilib və onların istismarına başlanılıb. Mənzil Kommunal Təsərrüfati Departamentinin direktoru İlqar Hüseynovun sölzərinə görə, bu gün isə daha 10 ədəd kommunal təyinatlı texnika paytaxta gətirilib: “Bu yeni nəqliyyat vasitələri Bakı şəhərinin kommunal xidmətlərinin işində böyük dönüş yaradacaq və şəhərimizin təmizliyində böyük irəliləyişlər olacaq. Qeyd etmək istəyirəm ki, bu texnikaların Bakı şəhərinə gətirilməsi ölkə iqtisadiyyatının gücünü də göstərir. Müharibə şəraiti və koronavirusla bağlı müvəqqəti çətinliklərə baxmayaraq, respublika ərazisində nəzərdə tutulan layihələr tam həllini tapır”.

 

Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

 

Həmçinin, Britaniyanın “MottMacDonald” şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərinə kömək olacaq.

Müəllif | Apa.Tv
Apa.tv