Bakıya satmaq üçün narkotik gətirənlər yaxalandı – YEVLAXDA ƏMƏLİYYAT

Bakıya satmaq üçün narkotik vasitələr gətirmək istəyən şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Yevlax rayonunda keçirdikləri tədbir zamanı Ağdaş sakinləri Turan Mustafayev və Fazil Məhərrəmov tutulublar. Onların üzərində və idarə etdikləri avtomobildə axtarış aparılan zaman  ümumi çəkisi 1 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 

Saxlanılan şəxslər narkotik vasitələri satmaq niyyəti ilə Bakıya gətirmək istədiklərini bildiriblər.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv