Bakıya yağış yağacaq, rayonlarda şaxta olacaq - BAZAR GÜNÜNÜN HAVASI
Martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Martın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz görə, martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Eyni zamanda martın 13-ü olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 56, Sarıbaşda (Qax) 46, Yardımlı, Qusarda 33, Şahdağda 28, Daşkəsəndə 27, Kişçayda (Şəki) 26, Altıağacda 24, Qubada 20, Lerikdə 19, Xaltanda 16, Qrızda 12, Oğuz, Şahbuzda 10, Şəki, Göyçayda 9, Şabran, Tovuzda 8, Qəbələ, Gədəbəydə 7, Xaçmaz, Mingəçevirdə 4, Qobustan, Naftalanda 2, Balakən, Zaqatala, Kürdəmirdə 1 sm olub.
Düşən yağıntının miqdarı Göytəpədə 40, Lerik, Lənkəranda 20, Naxçıvanda 17, Mingəçevirdə 15 mm, digər rayonlarda 5 mm-dən 12 mm-dək, Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.
Şimal-şərq küləyi səhər saatlarından başlayaraq 7-12 m/s-dək zəifləyib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0.4-0.6, aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-11, yüksək dağlıq ərazilərdə 13-17, Naxçıvan MR-da 3-11 dərəcə şaxta olub.