Balakən sakini qonağını bıçaqladı

Balakən sakini həmyerlisini bıçaqlayıb.

 

APA-nın xəbərinə görə, hadisə rayonun Mahmalar kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Arzuman Heydərov sərxoş vəziyyətdə evində qonaq olan Tüllü kənd sakini, 1989-cu il təvəllüdlü Xəlil Xəlilova 4 bıçaq zərbəsi vurub.

 

Nəticədə. Xəlil Xəlilov ağır vəziyyətdə Balakən rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv