Balakənçayda köməksiz qalan bir nəfər xilas edildi

Balakəndə Balakənçayda köməksiz qalan bir nəfər xilas edilib.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, avqustun 22-i günorta saatlarında Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Balakən rayonu ərazisində axan Balakənçay çayında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çayda köməksiz vəziyyətdə qalan rayon sakini Elçin Məhəli oğli Qirixovu xilas etmək üçün əraziyə Balakən rayon Polis Şöbəsinin və  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində Elçin Qirixov  təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib.

Qeyd edək ki, avqustun 21-dən 22-ə keçən gecədən ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürür. Fasilələlərlə yağışlar yağır. Avqustun 22-i səhər və günorta saatlarında Balakən və Zaqatalaya yağan leysan yağışları nəticəsində Balakənçay, Katex çay və Tala çaylarında suyun səviyyəsi xeyli artıb.

Müəllif | Apa.Tv
Apa.tv