Balakəndə 2 nəfəri küçə itləri dişləyib - BİRİ AZYAŞLIDIR

 

Balakəndə biri azyaşlı olmaqla iki nəfəri sahibsiz it dişləyib.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, rayonun Katex kənd sakini, 9 yaşlı Fərman Cəmil oğlu Əllazov dekabrın 4-də Balakən Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Müayinə zamanı azyaşlını it dişlədiyi məlum olub. Uşaq heyvanın hücumuna yaşadığı kəndin ərazisində məruz qalıb. Sahibsiz it onun sağ yuxarı ətrafın saidindən dişləyərək xəsarət yetirib.

F.Əllazov quduzluğa qarşı peyvənd edilib.

Həmin gün daha bir Balakən sakini - 1987-ci il təvəllüdlü Elçin Zeynəddin oğlu Həsənov sağ əlin it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət edib. 32 yaşlı şəxsə də eyni tibbi müdaxilə edilib.

Müəllif | Apa.Tv
Apa.tv