Balakəndə 82 yaşlı qadın qazdan boğularaq öldü
Balakəndə 82 yaşlı qadın qazdan boğulub.
APA TV- nin məlumatına görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini 1938-ci il təvəllüdlü Hürü Nastakalkova yaşadığı ünvanda qaz sızmasından boğularaq ölüb.
Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.