Balakəndə ağır qəza – ANA ÖLDÜ, İKİ QIZI VƏ SÜRÜCÜ YARALANDI
Balakəndə baş verən ağır yol qəzasında ana ölüb, iki qızı xəsarət alıb.
APA TV-nin məlumatına görə, hadisə Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Xalatala kənd sakini, 1960-cı il təvəllüdlü İbrahim Mehdiyevin idarə etdiyi "VAZ 21099" markalı minik avtomobili ilə rayon sakini, 1994-cü il təvəllüdlü Ömər Əlibəyevə məxsus "VAZ 2114" markalı minik avtomobili toqquşub.
Qəza zamanı "VAZ 21099" markalı avtomobildə olan sərnişin - rayonun Xalatala kənd sakini, 1949-cu il təvəllüdlü Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Sürücü İbrahim Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən qadının qızları - 1983-cü il təvəllüdlü Xanım Mammədova və 1971-ci il təvəllüdlü Mehriban Burbaşova xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.