Balakəndə “Asan Xidmət” mərkəzi fəaliyyətə başladı
Balakən regional “Asan Xidmət” mərkəzi fəaliyyətə başlayıb.
APA TV-nin məlumatına görə, Bu gündən fəaliyyətə başlayan Balakən regional “ASAN xidmət” mərkəzi Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Qeyd edək ki, hazırda ölkədə 20 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.
Xatırladaq ki, bu ilin 29 iyul tarixində Prezident İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Ölkə başçısı 31 iyul 2020-ci il tarixində Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.