Balakəndə avtomobil piyadanı vuraraq öldürdü

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.

 

Hadisə fevralın 16-da saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 138-ci kilometrliyində qeydə alınıb.

Rayonun Meşə Şambul kəndində yaşayan, 1991-ci il təvəllüdlü  Ramazan Maham oğlu Behalov idarə etdiyi "Mercedes E220" markalı avtomobillə piyada 1970-ci il təvəllüdlü  Zəkəriyyə Arzuman oğlu Heydərovu vurub. Qəza zamanı Zəkəriyyə Heydərov  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv