Balakəndə avtomobilinin vurduğu piyada xəstəxanada öldü

Balakəndə avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

APA TV-nin məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Balakən şəhər sakini, Faiq Həşimov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə, yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Bəxtiyar Osmanovu vurub.

Qəza zamanı ağır qapalı kəllə-beyn travması alan Bəxtiyar Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı bir neçə saat sonra aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv