Balakəndə bir neçə dəfə məhkum olunmuş narkobaron saxlanılıb

Balakəndə bir neçə dəfə məhkum olunmuş “Valiko Həsrət” ləqəbli narkobaron saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Yekəyev rayonun Katex kəndi ərazisində saxlanılıb.

Onun üzərində aparılan axtarış zamanı təmiz çəkisi 37,129 qram heroin və bir qabda təmiz çəkisi 6,929 qram metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edək ki, rayonda və kriminal aləmdə “Valiko Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev əvvəllər ilə ayrı-ayrılıqda üç dəfə məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv