Balakəndə DƏHŞƏT: sürücü maşında diri-diri yandı
Balakəndə avtomobil ağaca çırpılıb, sükan arxasında qalan sürücü yanaraq külə dönüb. Hadisə günorta saatlarında rayonun Qullar kənd inzibati ərazisindəki avtomobil yolunda baş verib. 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasov “Daewoo” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra avtomobil yanmağa başlayıb. Yanan avtomobilin söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın kəşfiyyatı zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan 34 yaşlı sürücü Aruz Dinavasovun yanan meyiti aşkar edilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV