Balakəndə evi ildırım vurdu

Balakəndə fərdi yaşayış evini ildırım vurub.

APA TV-nin  məlumatına görə, hadisə ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus evdə baş verib. Ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli 4 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində ildırım vurması nəticəsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tam yanıb. 

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Vüqar Heydərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv