Balakəndə həmkəndlisinin evindən oğurluq edənlər yaxalandı

Balakəndə həmkəndlisinin evindən oğurluq edən şəxslər saxlanılıb.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinə Katex kəndində yerləşən evlərin birindən 1200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Müraciət əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin Balakən rayonunun Katex kənd sakinləri 27 yaşlı Nadir Nurəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Əhməd Fərruxoğlu

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv