Balakəndə karantin qaydalarını pozanlara xəbərdarlıq olundu
Balakəndə ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-profilaktik tədbirlər keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib. Xüsusilə də sakinlərin daha çox üz tutduğu böyük super marketlərin və paltar mağazalarının girişində dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcı və satıcıların tibbi maska istifadə etmədiyi aşkarlanıb. Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə intizam tənbeh tədbirləri tətbiq edilib.
Həmçinin, ictimai nəqliyyatda taksi, avtobuslarda tibbi maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər də polis əməkdaşları tərəfindən müəyyən edilib, onlarla maarifləndirici söhbətlər aparılıb.