Balakəndə keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü
Balakəndə keçmiş məhkumdan külli miqdarda narkotik vasitə götürülüb.
APA TV-nin məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-Xaş 2020” şərti adı altında əməliyyat-axtarış tədbiri keçirib.
Bu zaman rayonun Gərəkli kənd sakini, əvvəllər də məhkum olunan 33 yaşlı Cavid Dibirov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 12,85 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Tədbirin davamı olaraq Cavid Dibirovun Gərəkli kəndinin ərazisindən axan “Hunbul” çayının kənarında alaq otlarının bitdiyi sahədə gizlətdiyi, bir ədəd sintetik kisədə təmiz çəkisi 6 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov,
Əhməd Fərruxoğlu
APA TV