Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Gərəkli kənd sakini Elşad Əzizovun yaşadığı ünvanda bostan bitkilərinin becərildiyi ərazidə, eləcə də tövlənin çardaq hissəsində ot bağlamalarının arasında dibçəklərdə 239 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
Elşad Əzizov narkotik bitkiləri satmaq üçün yetişdirdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.