Balakəndə minik maşını ağaca çırpıldı – 2 NƏFƏR ÖLDÜ, 2 NƏFƏR YARALANDI
Balakəndə avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
APA TV- nin məlumatına görə, hadisə Balakən-Kortala avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1998-ci il təvəllüdlü Elçin Verdiyevə məxsus “VAZ 2115” markalı minik avtomobili yüksək sürətlə, Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişinlər - 1994-cü il təvəllüdlü Kənan Yüzbaşıyev və 1998-ci il təvəllüdlü Elçin Verdiyev hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan daha iki nəfər - 1993-cü il təvəllüdlü Vaqif Musayev və 1996-cı il təvəllüdlü Elmar Şahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.