Balakəndə minik maşını işıq dirəyinə çırpıldı – ÖLƏN VƏ YARALANANLAR VAR

Balakəndə yol qəzası olub, ölən və yaralananlar var.

APA TV-nin məlumatına görə, hadisə rayonun Kortala kəndi ərazisində baş verib.

Kənd sakini, sürücü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Kortala kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri, Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar dərhal Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların hər üçünün vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv