Balakəndə "narkobaron" tutuldu

Balakəndə bir neçə dəfə məsuliyyətdən yayınmağa müvəffəq olan narkobaron saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, Sərhəd Xidmətinin və Zaqatala qoruğunun əməkdaşları tərəfindən birgə keçirilən  tədbirlər zamanı Mahamalar kənd sakini, Kamal Sultanovun həyətindən 34 kiloqrama yaxın, həmçinin dibçəklərdə kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilən digər tədbir nəticəsində isə rayonun Gərəkli kəndi ərazisindəki meşə massivində yetişdirilən 101 kiloqramdan artıq çətənə kolu və qurutmaq üçün bir neçə yerə sərilən 47 kq 570 qr marixuana aşkarlanıb.

Həmin narkotik vasitəni becərən şəxslərin aşkar edilərək, cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv