Balakəndə narkotik satan şəxslər yaxalandı - 2 KQ-A YAXIN NARKOTİKLƏ
Balakəndə narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Apa TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 yaşlı İslam Ələkbərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqram 680 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Aparılmış araşdırmalarla İslam Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Elşən Adalov da şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi “VAZ-21011” markalı avtomobilindən 14,22 qram qurudulmuş marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.