Balakəndə nişan mərasimi keçirənlər cərimələndi
Balakəndə nişan mərasimi keçirənlər saxlanılıb.
APA TV-nin məlumatına görə, Polis Şöbəsinə rayonun Yeni Şərif kəndində karantin qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin bir yerə toplaşdığını və ev sahibi Nəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər.
Nəcməddin Urkayev və məclisi təşkil edən digər 8 nəfər Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Saxlanılan şəxslərin hər biri barəsində toplanmış materiallar məhkəməyə göndərilib.