Balakəndə ticarət obyekti yanıb

Balakəndə ticarət obyekti yanıb.

 

APA TV-nin məlumatına görə, bu gün günorta saat 12:30 radələrində rayonun Meşəşanbul kənd inzibati ərazisində rayon sakini Muca Əli oğlu Dibirova məxsus, ümumi sahəsi 550 kv. m olan ikimərtəbəli ticarət obyektində yanğın baş verib.

 

Hadisə yerinə FHN-in Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində binanın 360 kv. m-lik sahəsinin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Ticarət obyektinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv