Balakəndə yarım tondan artıq narkotik dövriyyədən çıxarıldı
Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
APA TV-nin məlumatına görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında rayonun Talalar kənd sakini Tural Şahverdiyevin yaşadığı evin həyətinə baxış keçirilib.
Bu zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 645 kiloqramdan artıq 20 ədəd çətənə bitkisi, həmçinin qurutmaq üçün yerə sərilən 14 kiloqram 150 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb.
Tural Şahverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.