Balasanyan getdi, Melkumyan gəldi - Vardanyan Qarabağda oyun qurur?
Vitali Balasanyan Qondarma Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib. Bu barədə Xankəndi terrorçu rejimin rəhbəri Arayik Arutyunyan fərman imzalayıb. Vitali Balasanyanın yerinə isə Ararat Melkumyan təyin edilib. Bundan əvvəl Ararat Melkumyan qondarma rejimin Milli Təhlükəsizlik Xidməti direktorunun birinci müavini vəzifəsi icra edib. Siyasilər verilən qərarın Vardayanın gəlişi ilə izah edərək bildirirlər ki, artıq separatçılar arasında ikiyə bölünmə halları müşahidə olunmaqdadır. O da qeyd olunur ki, beynəlxalq dəstək axtarışları da nəticə vermədiyindən, daxili qarşıdurmalar dərinləşir.