Baldız kürəkəni niyə bıçaqladı?

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

 

APA TV xəbər verir ki, ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv