“Bandotdel” Yevlaxda əməliyyat keçirdi - SAXLANILAN VAR

 

Narkotik alverində şübhəli bilinən Yevlax sakini ələ keçib.

 

Daxili İşlər Nazirliyindən (DİN) APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları rayon ərazisində əməliyyat keçirib.

Yevlax rayon sakini Cəlal Abduyev yaşadığı Havarlı kəndinin yaxınlığında saxlanılıb. Onun evində aparılan axtarış zamanı 2 kiloqram 15 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv