Bankın 2022-ci il üzrə hesabatında onun səhmdarları açıqlanıb

Məlum olub ki, 31 dekabr 2022 və 2021-ci illər tarixinə bankın səhmləri Talıbovlar ailəsindən 4 nəfərə aid olub. Hesabata əsasən bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66 %, Seymur Talıbovun 20,48 %, qızı Talıbova Baharxanım 9,82 %, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04 % səhmi olub. Hesabatda, həmçinin göstərilir ki, artıq 2023-cü ilin fevralın 1-dən Talıbovlar ailəsi bankın sahibliyini tərk ediblər və 14 milyon 59 min manat dividendlərini götürə biliblər. Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Bankın ölkədə 7 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

Müəllif | Apa.Tv
Apa.tv