Bankomatdan pul çəkmək istədilər, başlarına gəlməyən qalmadı

Şirvanda iki şəhər sakini bankomatdan pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istəyiblər, həmin şəxs isə kartdan pulu götürüb, ərazidən uzaqlaşıb.

 

Hadisə ilə bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma başladılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, cinayət əməlini Salyan rayon sakini Fizuli Nəcəfovun törətdiyi müəyyən edilib.

 

Fizuli Nəcəfov Bakı şəhərində saxlanılaraq, Şirvan ŞPŞ-nə gətirilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

 

Polis əməkdaşları Fizuli Nəcəfovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

Müəllif | Apa.Tv
Apa.tv