Baş nazir: “Antikorrupsiya tədbirləri ardıcıl şəkildə aparılır və bütün sahələri əhatə edir”

“Dövlət başçısının tapşırığına uyğun olaraq, azad edilmiş torpaqlarda 100 min hektara yaxın ərazidə əkin işlərinin aparılması ölkənin ərzaq təhlükəsizliyi təminatını artıracaq”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

 

Əli Əsədov onu da əlavə edib ki, antikorrupsiya tədbirləri ardıcıl şəkildə aparılır və bütün sahələri əhatə edir.

 

Baş nazir bildirib ki, 2020-ci ildə institusional sahədə həyata keçirilən islahatlar davam edib: “Bununla yanaşı, kadr islahatları, korrupsiya ilə mübarizə, şəffaflığın artırılması, kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində görülən tədbirləri xüsusi qeyd etmək lazımdır”.

Müəllif | Apa.Tv
Apa.tv