Baş pediatr Nəsib Quliyev vəzifəsindən azad olunub

Respublikanın Baş pediatrı Nəsib Quliyev vəzifəsindən azad olunub.

 

TƏBİB-dən APA TV-yə verilən məlumata görə, o, öz xahişi əsasında vəzifəsindən azad edilib. Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

 

Qeyd edək ki, N. Quliyevin vəzifədən azad olunması ilə bağlı ilk xəbəri Modern.az yazıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv