Baş Prokurorluq: Erməni təxribatları nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb.

 

Bundan başqa, 66 mülki obyekt və 427 yaşayış evi yarasız hala düşüb.

 

Müəllif | Apa.Tv
Apa.tv