Baş Prokurorluq: Naxçıvanın sabiq daxili işlər naziri saxlanılıb

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

 

APA TV xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

 

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv