Baş Prokurorluqdan “Tərtər işi" ilə bağlı YENİ MƏLUMAT

“Tərtər işi” ilə bağlı yeni yaradılan istintaq qrupu tərəfindən istintaq hərəkətlərinə başlanılıb.

 

APA TV-nin əldə etdiyi məlumata görə, istintaq qrupu tərəfindən “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular artıq Baş Prokurorluğa dəvət olunur.

 

Cinayət işi üzrə onların yenidən ifadələri alınır.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yaymışdı.

Müəllif | Apa.Tv
Apa.tv