Başlıbel faciəsi: “Arvadları yerə uzadıb güllələmişdilər, Hüseyni diri-diri yandırmışdılar
1993-cü ilin aprelində Kəlbəcər ermənilər tərəfindən işğal ediləndə kəndlər talanır, evlər yandırılır, insanlar amansızcasına öldürülürdü. Başlıbel də ermənilər tərəfindən kütləvi qırğınların törədildiyi kəndlərdən biri oldu. Doğma torpağı tərk etmək istəməyən 62 nəfər mağaraya sığındı. Lakin ermənilər onların gizləndiyi yeri aşkarlayaraq bir hissəsini qətlə yetirib, 19 nəfər kənd sakini girov götürülüb, düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib, 113 gün mühasirə həyatı yaşayıblar. Kəndi cəmi 9 azərbaycanlı döyüşçü qoruyurdu. Azərbaycanlı döyüşçülər kənd sakinlərini qorumaq, onların həyatını xilas etmək üçün döyüşürdülər. Bu döyüşçülər arasında müharibəyə könüllü yollanan Müşviq Əsgərov da var idi. O həmin gün şahidi olduğu dəhşətli hadisələrdən danışıb. Düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş 9 nəfər şəhid, 4 nəfər sağlamlığını itirərək əlil olub. İtkin düşən 2 nəfər kənd sakinindən indiyədək heç bir məlumat yoxdur. Qətliam zamanı ermənilər içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisini müxtəlif işgəncələrə məruz qoymaqla kütləvi şəkildə qətlə yetirib, bəzilərini diri-diri yandırıblar. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi Azərbaycana təhvil verildi. Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı Başlıbel qırğınını xüsusi vurğulamaqla kütləvi məzarlıqlar mövzusunu BMT səviyyəsinə qaldırdı. ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV