Basqına məruz qalan gözəllik salonunun işçisi APA TV-yə danışdı

Müğənni İradə İbrahimova cinsi azlıq nümayəndəsinin bacısı, stilist-vizajist Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın etməsinə dair görüntülər yayıb.
 

APA TV Xəbər verir ki, Paylaşımdan belə məlum olur ki, salona daxil olan Anna Tağıyeva kimi tanınan cinsi azlıq nümayəndəsi əşyaları sındırır, işçi heyəti və müştəriləri təhqir edir.

 

Samirə Əliyeva deyir ki, gözəllik salonuna ümumilikdə 5000 manat ziyan dəyib. Salonda  çalışan işçilər də Anna Tağıyeva kimi tanınan cinsi azlıq nümayəndəsindən onları təhqir etdiyi üçün polisə şikayət ediblər: “Salonda öz işimizin başında idik, xanım salona daxil oldu. Başladı əsəbiləşərək qışqırmağa. Mən ondan nə olduğunu soruşmağa çalışırdım, xanım deyə müraciət edirdim. Xanım daha da əsəbiləşdi, kassa aparatını yerə çırpdı, antik güldanımızı yerə atdı, güzgülər sındı, giriş qapısının şüşəsini sındırdı, manikür şüşəsinin arxasındakı şüşəni qırdı. Səbəbini də nə olduğun demirdi.

Videolarda da aydın görünür ki, mən ona xanım deyə müraciət edirdim, çünki mən onun cinsi azlıq olduğunu bilməmişəm. Sonra başladı burada əxlaqsızlıq hərəkətlər etməyə, paltarını çıxarmağa, o zaman mən bildim ki, bu cinsi azlıqdır”.

 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Məlumata əsasən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən Tağıyev Kənan Telman oğlu saxlanılıb.  Şəxsi axtarış zamanı onun üzərindən və yaşadığı ünvandan metamfetamin aşkar olunaraq götürülüb.


Qeyd edək ki, Anna Tağıyeva kimi tanınan cinsi azlıq nümayəndəsinin bu cür hücumları barədə dəfələrlə sosial şəbəkələrdə videolar yayılıb. O, sonuncu dəfə geyim mağazasına girərək  qiymət bahalığından şikayətlənmiş, satıcı və polis mayorunu təhqir etmiş, işçilərə fiziki təzyiq göstərmişdi.


Semral Cavad,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv