Bayden çıxışı zamanı ukraynalıları iranlılarla səhv salıb

ABŞ Prezidenti Co Bayden “İttifaqın vəziyyəti” nitqini söyləyərkən yanlışlıqla ukraynalılar əvəzinə iranlılar deyib.

 

APA TV-nin xəbərinə görə, Prezident nitqinin əsas hissəsində ukraynalılarla bağlı ilhamverici sözlər söyləyərkən çaşaraq onları İran xalqı adlandırıb.

 

“Putin tanklarla Kiyevi əhatəyə ala bilər, amma o İran xalqının ruhunu və qəlbini ələ keçirə bilməz”, - deyə Co Bayden bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv