Bayden “erməni soyqırımı” ifadəsini işlədib

ABŞ Prezidenti Co Bayden bu gün rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb.

APA TV xəbər verir ki, Bayden sözügedən ifadəni “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib.

“Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik”. 

Bunu Türkiyənin Xarici iİşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsilə əlaqədar mövqeyini bildirərkən yazıb.

 “Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”, deyə M.Çavuşoğlu ABŞ Prezidentinin bu açıqlamasına etiraz edib.

Qeyd edək ki, Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

 

Müəllif | Apa.Tv
Apa.tv