Bayden mənə iki şey dedi - Kuleba

Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada ABŞ Prezidenti Co Baydenlə görüşüb.

APA TV xəbər verir ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirilən danışıqların uğurla başa çatdığını deyib.

"Blinken Ukraynanın hərbi, humanitar və iqtisadi tələbatının təmin ediləcəyini söz verib”, - deyə nazir vurğulayıb.

Kuleba Prezident Co Baydenin ukraynalıların mübarizəsindən heyran olduğunu və Ukraynada baş verənlərin XXI əsri dəyişəcəyini söylədiyini də əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv