“Baykar Teknoloji” direktorundan açıqlama

Azərbaycan Ordusu 44 günlük müharibə zamanı hədəflərin 75%-ni “Bayraktar-TB2” pilotsuz uçuş aparatları ilə məhv edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “HaberTürktelekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

O qeyd edib ki, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana yaralıları təxliyə etmək üçün helikopter verə bilməyən ölkədən ən müasir PUA-lar verən Türkiyəyə çevirilib.

Müəllif | Apa.Tv
Apa.tv