“Bayraktar TB3” əvvəlki PUA-lardan nə ilə fərqlənir?
“Bayraktar TB3” pilotsuz uçuş aparatı dünyada bir ilk olacaq”.
Bunu “TEXNOFEST” Müşahidə Şurasının sədri Səlcuq Bayraktar APA TV-yə açıqlamasında deyib: ““Bayraktar TB3” modelinin əvvəlki PUA-larla müqayisədə bir çox üstünlükləri var. Bu model qısa məsafəli uçuş zolağı olan gəmilərə enib-qalxmağı bacaran, bu özəlliyi ilə dünyada ilk PUA olacaq. Bunun üçün gəmidə xüsusi modifikasiya quraşdırmaq lazım gəlməyəcək”.
Qeyd edək ki, “Bayraktar TB3” pualarının ilk uçuş sınaqları bu il keçiriləcək. Modelin 2023-cü ildə satışı planlaşdırılır.
Semral Cavad
Fariz Quluyev
APA TV