Bayram günlərində hava necə olacaq?

"Yeni ildə Bakı şəhərində qarın yağması nadir hadisədir".

 

APA TV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.

 

O bildirib ki, ən soyuq hava 2019-cu ildə müşahidə olunub: "Bu yeni il gecəsi qar gözlənilmir".

 

Xidmət rəisi deyib ki, qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq: "Bayramın ilk günləri - dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisində hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək".

 

Müəllif | Apa.Tv
Apa.tv