Bayramov Kalonnanın cavabını yerindəcə verdi: Fransa heç vaxt Ermənistana çağırış etməyib
Xarici İşlər Nazirliyində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransı keçirilib.
Konfransda Ceyhun Bayramov görüş çərçivəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunduğunu bildirib.
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna isə bildirib ki, regionda sülh prosesini qidalandıracaq jestlər göstərmək lazımdır. Onun dediyinə görə, Fransa istəmir ki,
xalqlar əzab çəksin.
Daha sonra isə Ceyhun Bayramov Ketrin Kalonnanın fikirlərinə münasibət bildirib:
“Xanım nazir çıxışı zamanı dedi ki, Fransa Azərbaycan tərəfindən atılan birtərəfli addımları qəbul etmir. Digər tərəfdən isə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad da eşitdik. Birincisi, Azərbaycanın atdığı birtərəfli addıma gəldikdə, öz konstitusiyasına uyğun olaraq, öz ərazisində addım atıb. Bu addımından iki il yarım öncə hər kəsə problemin mahiyyətini deyib. Bu illər ərzində Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəldikdə isə, bayaq dediyimiz o 3 istiqamət üzrə Laçın yolu hər zaman açıqdır”.
Konfrans zamanı Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna azərbaycanlı həmkarını Fransaya dəvət edib.