Bazar gününə olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

 

Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 9-12, gündüz  16-19, Bakıda  gecə 9-12, gündüz  17-19 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq. 

 

Rayonlarda əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 7-11, gündüz  20-25, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv