Bazarda baş verən yanğın yerindən son məlumat – APA TV

Şəmkir rayonunda mağazada yanğın olub. Hadisə şəhərinin 20 yanvar küçəsində yerləşən bazar ərazisində qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində, ümumi sahəsi 2340 m² olan bazar ərazisində bir-birinə bitişik müxtəlif təyinatlı 8 mağazanın yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Müəllif | Apa.Tv
Apa.tv