13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Bazarlardakı mövsümi qiymət - Süni artım, yoxsa...

“Payız fəsli yaxınlaşdıqca mövsümi meyvələrə tələbat artır. Bəs görəsən, bazarda sözügedən meyvələrin qiyməti necədir? Bütün bu suallara aydınlıq gətirmək məqsədilə yollandıq paytaxtdakı bazarlara”.

 

İlk üz tutduğumuz “Yaşıl Bazar”da mövsümü meyvələrdən - almanın qiyməti 2-3.5 manat, heyva 3 manat, zoğal 3.5-4 manat, gavalı 3 manatdır. Satıcılar ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərin daha ucuz olduğunu desələr də, alıcı qıtlığından da gileylənirlər: “Bu dəqiqə mövsümü meyvələrdən ən çox satılanı moruq, əncir, xurma, nar, şaftalı və digər yerli meyvələrdir. Bir də süfrənin ən gözəl meyvəsi üzüm ən çox tələbat olan məhsullardandır. Xurma təzə çıxdığına görə, hazırda kiloqramı 2 manatdır. Bir azdan yəqin ki, qiyməti 1.50-yə, 1.30-a düşəcək. Şaftalı növündən asılı olaraq 2 manat, 2 manat 50 qəpik arasıdır. Nar da təzə çıxdığına görə, qiyməti 3 manatdır. Əncir 2 manat 2 manat 50 qəpik arasındadır”.

 

 “Mövsümlə əlaqədar şaftalı, üzüm, xurma, heyva, nar kimi meyvələrə tələbat çoxdur. Qiymətlər ucuzdur. Məsələn şaftalının kiloqramı 1.50 – 1.70 arası dəyişir. Heyva 1-1.50 AZN arasıdır. Xurma 1 manatdan 1 manat 20 qəpiyə kimi var. Ucuzludur. Üzüm 1 manata da, 1 manat 50 qəpiyə də var”.

 

Alıcılar isə meyvələrin qiymətinin mövsümə uyğun olmadığını, satıcıların qiymətləri süni şəkildə qaldırdığını deyirlər: “Mövsümlə bağlı bir az bahadır qiymətlər. Bu vaxtlar əslində meyvə ucuz olmalıdır. Belə baxıram ki, bazara mövsümü meyvələr olduqca bahadır”.

 

“Qiymətlər yüksəkdir. Bu aylarda meyvə-tərəvəz ucuz olmalıdır. Amma biz bunun əksini görürük”.

 

Paytaxtın “8 km bazarı” adlanan ticarət mərkəzində qiymətlər “Yaşıl bazar”dan daha aşağıdır. Burada müştərilərə almanın və armudun kiloqramı 1-1.5 manata, şaftalı 1 manata, zoğal 2-2.5 manata təklif olunur. Amma buna baxmayaraq müştərilər qiymətlərin baha olduğunu deyirlər:

 

“Qiymətlər heç kimi qane etmir. İndiyə kimi qiymətə görə çox sağ ol deyən görməmişəm. İndi bunu 1 manata alıram. Yenə bu yaxşıdır. Bundan aşağı versə, heç mayasının pulunu çıxara bilməz”.

 

“Təkcə meyvə baha deyil. Bütün məhsullar bahadır”.

 

Görünən bağa nə bələdçi? Satıcılar nə qədər ucuzdur desə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı göz önündədir.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın