BDU-da “Abay ili”nin açılış mərasimi keçirilib
Bakı Dövlət Universitetində (BDU) türk dünyasının önəmli şəxsiyyətlərindən biri, müasir qazax yazılı ədəbiyyatının banisi, ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və türk dünyasında “Abay ili”nin açılış mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, tədbir Beynəlxalq Türk Akademiyası (BTA), Azərbaycan Təhsil Nazirliyi (TN), Bakı Dövlət Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti və Qazaxıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil nazirlərinin müavinləri və təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, üzv ölkələrin Bakıdakı səfirləri, müxtəlif ölkələrdən nüfuzlu alim və ictimai xadimlər iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, əsərləri dünyanın bir çox dillərinə çevrilmiş Abayın dünyagörüşünün formalaşmasında Füzuli, Əlişir Nəvai kimi Şərq mütəfəkkirləri ilə yanaşı, Höte, Krılov, Bayron kimi Qərb mütəfəkkirlərinin də rolu olub.
İsa İsmayılov,
Musa Qulammirzəyev,
APA TV