BDU-da Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib

"Azərbaycanı gənclər ölkəsi adlandıra bilərik. Ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir".

APA TV-nin məlumatına görə, bunu Bakı Dövlət Universitetində (BDU) keçirilən "Azərbaycan Tələbə-Könüllülərinin Forumu - 2019" tədbirində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir: "Dünyada hər 7 nəfərdən biri könüllüdür. Azərbaycanda da könüllülük son illərdə geniş vüsət alıb və bu hərəkat ilbəil artır. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Bu, hər bir gənc üçün həyat kredosuna çevrilməlidir. Gənclər dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza sirayət etdiyi bir dövrdə yüksək ixtisaslı, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssis olmaq kimi vacib vəzifələri özləri üçün müəyyən etməlidir. Bunlar əsas prioritetlər olmalıdır".

 

Xatırladaq ki, Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin forumu keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv